Vaynşteyn 1 milyon dollar verib azadlığa çıxdı

Zorlama və seksual zəmində digər cinayətlər törətməkdə ittiham olunan prodüser Harvi Vaynşteyn bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, dinləmə zamanı ona rəsmi qaydada ittiham oxunub.

Prokurorluğun nümayəndəsi bildirib ki, H. Vaynşteyn pul və hakimiyyətindən istifadə edərək qadınları elə vəziyyətə salıb ki, onlara qarşı seksual xarakterli zorakı hərəkətlər edə bilsin. Məhkəmə ona qarşı nağd 1 milyon dollar həcmində girov müəyyənləşdirib.

H. Vaynşteyn həmin məbləği ödəyərək məhkəmə iclasını tərk edib. Prodüser onun yerini izləyən xüsusi qurğu taxmalı olacaq. Bundan başqa o, Nyu-York və Konnektikut ştatlarında kənara çıxa bilməz.

DİGƏR XƏBƏRLƏR

Top