Türkiyə XİN: ABŞ bunu etsə, cavab verməli olacağıq

Rusiyanın S-400 zenit-raket komplekslərinin və ABŞ-ın F-35 qırıcı-bombardmançı təyyarələrininTürkiyəyə tədarükünü bir-birilə əlaqələndirmək olmaz.

Yenivaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Onun sözlərinə görə, bəzi amerikalı senatorlar Türkiyəyə F-35 satışını S-400 alışı ilə bağlamağı təklif edir: “Lakin bu, müxtəlif mövzulardır. Biz F-35 proqramı çərçivəsində bütün öhdəlikəri yerinə yetiririk. Bu, təkcə Amerika deyil, həm də beynəlxalq proqramdır və bütün tərəflərin məsuliyyəti və öhdəlikəri aydın və müəyyəndir. Senatorların bu cür təklifi müttəfiqlik ruhuna uyğun deyi. Əgər bu cür addımlar atılarsa, biz cavab verməyə məcbur olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top