Serj Sarqsyan partiya liderliyində qalacaqmı? - RƏSMİ CAVAB

Ermənistanın keçmiş Baş naziri Serj Sarqsyan Ermənistan Resublika Partiyasının (ERP) lideri olmağa davam edəcək.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu parlamentin sədri, ERP-nin nümayəndəsi Ara Babloyan deyib.

Onun sözlərinə görə, seçki məsələsi ətrafında digər siyasi qüvvələr konsensus əldə etsələr, ERP dəyişikliklərə hazırdır: “Partiyamız seçki sistemində islahatlar ətrafında Nikol Paşinyanın hökuməti ilə danışıqlara hazırdır. Hesab edirik ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top