İrəvan Qarabağ danışıqlarında əsas vəzifəsini açıqladı

Rəsmi İrəvan qondarma Dağlıq Qarabağ qurumunun ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə cəlb etməyi zəruri hesab edir.

Yeniavaz.com-un Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

O bildirib: “Bizim əsas vəzifəmiz ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara cəlb etməkdir. ABŞ Prezidenti Donald Trampın Qarabağ münaqişəsinin qarşıdakı aylarda həlli imkanı barədə sözlərini şərh edən Z. Mnatsakanyan bildirib ki, nizamlanmanın tezliklə olmasını hamı istəyir: “Lakin nizamlama bizim maraqlarımızı, səylərimizi, hədəflərimizi əks etdirməlidir. Təbii ki, biz güzəştdən danışırıq, lakin əsasda bizim hədəflərimiz və maraqlarımız dayanmalıdır. Hazırda danışıqların dinamikasını qorumaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top