DİN: Sabiq icra başçısının ölməsi ilə bağlı yayılan məlumatlar doğru deyil

Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: “Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin ki, vəkili məlumat yayacaq”.

Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top