Ukraynada deputat güllələnib

Ukraynanın Çerkassı şəhərində “Batkivşina” partiyasının ofisinə silahlı hücum olub.

Silahlı insident nəticəsində partiyanın deputatı Serqey Qura həlak olub.

Deputatın cangüdəni travmatik tapançadan cavab atəşi açmağa çalışsa da, silahlı şəxs əl qumbarası çıxarıb və onu partladacağı ilə hədələyib.

Mühafizəçinin sözlərinə görə, silahlı şəxs Quranın baş və sinə nayihəsindən iki atəş açıb.

Hadisənin təfərrüatı araşdırılır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top