“Forbes” jurnalı rusiyalı milarderlərin ən varlı varislərinin reytinqini dərc edib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, siyahıya 20 ailə daxildir. Həmin ailələrdə varislərə daha çox sərvət düşür. Reytinqin lideri LUKOYL-un prezident Vahid Ələkbərovun oğlu Yusif (17 milyard dollar) olub. O, ardıcıl üçüncü dəfə siyahıya başçılıq edir. Siyahının ikincisi pilləsində NOVATEK və SİBUR-un səhmdarı Leonid Mihelsonun iki övladı qərarlaşıb. Onarın hər birinə 8,9 milyard dollar düşür. İlk üçlüyü isə “Yevroxim”in həmsahibi Andrey Melniçenkonun varisləri tamamlayır.Tara və Adrian Melniçenkoların kapitalları 7,3 milyard dollar həcmindədir.