Bu ilin ilk rübündə Mərkəzi Bank tərəfindən ümumilikdə 23 valyuta hərracı keçirilib. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, dövr ərzində Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 1 milyard 310,2 milyon dollar təşkil edib və bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65,2% çoxdur.