Mingəçevirdə yol polisi növbəti reyd keçirib

Mingəçevir şəhər Polis şöbəsinin DYP bölməsi növbəti dəfə piyadalara, qayda pozan sürücülərə, kəmərdən istifadə etməyən məsuliyyətsiz sürücülərə qarşı proflaktiki reyd keçirib. Qeyd edək ki,reyd piyada axınının intensiv olduğu yerlərdə təşkil olunub. Reyd zamanı qayda pozan piyadalar çoxluq təşkil edirdi. Polislər həmin piyadalarla söhbətlər aparıb, onlara piyada keçidindən keçməyin zəruri olduğunu bildiriblər.Saxlanılanların bəziləri bu qayda-qanuna məhəl qoymayanlar idi. Onların aqressiv hərəkətləri sürücülərə də təhlükə yaradır. Bu zaman saxlanılan piyadalara MŞPŞ YPB-nin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov piyadalara məlumat verərək onlara həm özlərinə, həm də sürücülərə təhlükə yaratdıqlarını bildirib. Günün ikinci yarsında yol polisi məsuliyyətsiz sürücülərə, kəmərdən istifadə etməyən və qayda pozan sürücülərə qarşı reydi davam etdirib. Reyd zamanı bir çox xoşagəlməz hallar baş verib. Belə ki, kəmərdən istifadə etməyən sürücülər polisi "borclu çıxarıblar". Bütün qayda pozan sürücülər haqqında protokollar yazılıb. Reydlə bağlı Yeniavaz.com saytına MŞPŞ DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı Tahir Qarayev bildirib ki, reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadalar, nəqliyyat vasitələrinin sürücüləri ilə proflaktiki söhbətlər aparmaqdır: “Reyd zamanı tərəfimizdən şəhərin müxtəlif yerlərində piyadalar saxlanılmış, onlara izah olunmuş ki, piyadalar üçün müəyyən olunmuş piyada keçidlərindən istifadə etsinlər. Yolun digər tərəfinə keçərkən işıqforun siqnallarına əməl etsinlər. Eyni zamanda tərəfimizdən Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilmiş və onlarla proflaktiki söhbətlər aparılmışdır. İzah olunmuşdur ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl etsinlər, normadan artıq sərnişin götürməsinlər, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə saxlamasınlar, işıqforlara əməl etsinlər. Qeyd edim ki, bu günkü reyd zamanı tərəfimizdən təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olamyan sürücülər və digər qayda pozan sürücülər tərəfimizdən inzibati məsuliyyətə cəlb olunub. Bu kimi maarifləndirici reydlərimiz davamlı olacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top