Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Sosial şəbəkələrdə Mingəçevir şəhəri, N. Nərimanov ünvanında fəaliyyət göstərən "Zeytun" aptekində dondurma satılması barədə məlumatlar paylaşılıb. Məsələ ilə bağlı həmin ünvanda olduq. Aptekin müdiriyyəti ilə görüşüb məsələyə aydınlıq gətirilməsini istədik. Aptekin müdiri Əlişov Məftun Vahid oğlu Yeniavaz.com saytına apteki yeni aldığını bildirib: "Mən apteki yeni götürmüşəm. Buranın əvvəlki sahibinin aptekin qapısına bitişik mühafizə üçün balaca kabineti də olub. Bugünlərdə mənə imkansız bir ailə müraciət etdi ki, işsizlikdir bu "butka"nı mənə ver, burada xırdavat mallar satım. Etiraz etmədim. Həmin şəxs burada dondurma da satırmış, bunu çəkib sosial şəbəkələrdə paylaşıblar ki, aptekdə dondurma satılır. Mən bu xəbəri eşidən kimi dərhal həmin şəxsi buradan uzaqlaşdırdım. İnsanlara yardım etmək üçün əl uzadırsan, o da sənə problem yaradır".

Çəkiliş zamanı dondurma satışı üçün verilən obyekt boşaldılmışdı.

Qeyd edək ki, Mingəçevirdə həmin ünvanda yerləşən aptek dərman satışında ən ucuz aptek kimi tanınır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top