Mingəçevirdə ağacların "dərisini" soydular - FOTO

Mingəçevir şəhəri Z.Tağıyev 46 ünvanında iri gövdəli çinar ağaclarını qurutmaq məqsədi ilə qabığını nəməlum şəxslər və ya şəxs soyub.

Yeniavaz.com xəbər verir ki, həmin ərazidə bir neçə idarə fəaliyyət göstərir. İdarənin işçiləri bildiriblər ki, işə gələrkən bu vəziyyətlə qarşılaşıblar. Lakin işçilər bu barədə heç bir aidiyyatı quruma xəbər verməyiblər.

Sakinlər bildiriblər ki, daha bir neçə həyətdə ağacların vəziyyəti belədir.

Onlar ağacları kimlərin bu hala salması ilə bağlı məlumatlarının olmadığını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top