Azərbaycanda bu vəzifələr boşdur - SİYAHI

Hazırda Azərbaycanda xeyli yüksək dövlət vəzifəsi boşdur. Yeniavaz.com saytı xəbər verir ki, bir neçə gün öncə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad olunub. Onun yerinə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Hacıbala Abutalıbov Baş Nazirin müavini təyin ediləndən sonra onun yerinə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 2 müavin postunun da boş olduğu bildirilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov bir müddət öncə vəfat edib.

Prezident yanında Ali Attestasiya Komissiyasının sabiq sədri Arif Mehdiyev isə 2016-cı il dekabrının 19-da vəfat edib. Onun yerinə hələ təyinat olmayıb.

Baş nazir Novruz Məmmədovun 2 müavini postu da boşdur.

Hazırda Milli Məclisdə 6 deputat yeri də boş qalır.

Belə ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Hazırda onun yeri boşdur.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib, Milli Məclisdəki yeri boşdur.

Deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib, Milli Məclisdəki yeri boşdur.

Deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıb, Milli Məclisdəki yeri boşdur.

Milli Məclisdəki yeri boş qalanlardan biri də bu yaxınlarda ürək tutmasından vəfat edən Astan Şahverdiyevdir.

Mehriban Əliyeva isə birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top