Dünyanın ən bahalı brendinin dəyəri 183 milyard dollara bərabərdir

Dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalı dünyanın ən bahalı brendlərini açıqlayıb. Yeniavaz.com "Forbes" jurnalına istinadən bldirir ki, "Apple" dünyanın ən bahalı brendi hesab olunur. "Apple" brendinin dəyəri ötən il ərzində 8% artaraq 182,8 milyard dollar təşkil edib. Reytinqdə ikinci yeri brendi 132,1 milyard dollar (il ərzində 30% artım) qiymətləndirilən "Google" şirkəti, üçüncünü isə "Microsoft" korporasiyası (104,9 milyard dollar, 21% artım) tutub.

"Facebook" brendinin dəyəri 29% artaraq 94,8 milyard dollar təşkil etməsi nəticəsində şirkət 4-cü pillədə qərarlaşıb. Texnoloji nəhəng "Amazon" 31%-lik (dəyər 70,9 milyard dollar) artım nümayiş etdirməklə siyahının 5-ci, "Coca-Cola" isə 6-cı (57,3 milyard dollar, artım 2%) sırada yer alıb.

İlk onluğu dəyəri 47,6 milyard dollara bərabər olan "Samsung" brendi, dəyəri 47,5 milyard dollara bərabər olan "Disney" brendi, dəyəri 44,7 milyard dollara bərabər olan "Toyota" brendi və dəyəri 41,9 milyard dollara bərabər olan " AT&T " brendi daxildir.

DİGƏR XƏBƏRLƏR

Top