Qazax rayonunda avtomobil qəzası baş verib. Hadisə Ürkməzli yolunda qeydə alınıb. İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)