İnyesta yapon futbol klubuna keçdiyini təsdiqləyib

"Barselona" futbol klubunun keçmiş yarımmüdafiəçisi Andres İnyesta karyerasını Yaponiyada davam etdirəcəyini təsdiqləyib.

"Dostumla birlikdə təyyarə ilə yeni evimə doğru uçuram", - deyə ispan futbolçu özünün "Twitter" hesabında Yaponiyanın "Vissel Kobe" klubunun idarə heyətinin sədri Hikaro Mikitani ilə fotosunun altında yazıb.

İnyesta hazırkı mövsümdə 43 matç keçirib. O, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçu daha əvvəl bildirmişdi ki, karyerasını davam etdirmək üçün iki variant var: - Çin və Yaponiya. (Report)

DİGƏR XƏBƏRLƏR

Top