Ermənistan Prezidenti etirazçılarla Azərbaycan rəqsini oynadı - VİDEO

Mayın 23-də Ermənistan Prezidentinin iqamətgahı qarşısında bur qup insan etiraz aksiyası keçirib.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar Sünik vilayətindəki Amulsar qızıl yatağının istismarına qarşı çıxırlar. Fəallar hesab edirlər ki, qızıl hasilatı regionun ekologiyasına zərər vurur.

Əvvəlcə Prezident administrasyasının əməkdaşları etirazçılarla görüşüblər. Lakin bir neçə dəqiqədən sonra Ermənistan Prezidenti Armen Sarkisyanın özü nümayişçilərin qarşısına çıxıb.

Onların şikayətlərini eşitdikdən və öz fikrini bildirdikdən sonra Prezident ayrılmaq istəsə də, bu zaçan nümayişçilər A. Sarkisyanla “köçəri” rəqsini oynamaq qərarına gəliblər. Gözlənilmədən Prezident onlara qoşularaq Azərbaycanın “köçəri” rəqsini oynayıb.

video

DİGƏR XƏBƏRLƏR

Top