Gədəbəyi sel vurdu VİDEO

Mayın 22-də saat 15:00 radələrindən başlayaraq Gədəbəyə güclü leysan və dolu yağıb.

Təxminən bir saat davam edən güclü leysan və dolu Gədəbəyin Şınıx, Çiçəkli, Mor-Mor, Fərzalı və Çayrəsullu kəndlərində ciddi fəsadlara səbəb olub.

Rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi sel sularının təsirindən artıb. Yaşayış məntəqələrinə gedən yollarda qurulan körpülər tamamilə sıradan çıxıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. Bəzi evlərin həyətlərini sel yuyub aparıb.

Təbii fəlakət rayonun kənd təsərrüfatına da xeyli ziyan vurub. İlkin məlumata görə, sel suları xeyli əkin sahəsini yararsız hala salıb, 12 baş qoyun tələf olub.(musavat.com)

sel

DİGƏR XƏBƏRLƏR

Top