226 illik tarixi olan Nyu-York fond birjasına ilk dəfə olaraq qadın rəhbərlik edəcək.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Steysi Kanningem bu maliyyə qurumunun prezidenti vəzifəsini icra edəcək.
Mayın 25-də o bu postda Tomas Ferlini əvəzləyəcək və Nyu-York fond birjasının 67-ci prezidenti olacaq.
S. Kenningem bunadək Nyu-York fond birjasının da tərkibinə daxil olduğu NYSE Group şirkətinin baş müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Nyu-York fond birjası 1792-ci ildə təsis edilib.