Gürcü cüdoçular federasiya prezidentinin kabinetinin qapısını mismarlayıb

Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb etməyə davam edirlər və 20 gündür məşq etməkdən imtina edirlər.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, cüdoçular federasiya prezidentinin kreslosunu zibil qutusuna atıblar və D. Kevxişvilinin kabinetinin qapısını mismarlayıblar.

Yığmanın kapitanı Varlam Lipartelaini bildirib: “Biz Kevxişvilinin istefasını ona görə istəyirik ki, onun fəaliyyəti Gürcüstanda cüdonun inkişafına mənfi təsir göstərir. Qələbə qazanadək etirazları davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top