Dövlət idarələrində müavini olmayan 1000 nəfər şöbə müdiri işləyir

Bu ilin yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8 faizini qadınlar təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitsəindən açıqlanan məlumatlara istinadən bldirir ki, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76 faizi 4-7-ci təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 6,9 faizi 1 ilə qədər, 26,1 faizi 1 ildən 5 ilə qədər, 22,2 faizi 5 ildən 10 ilə qədər, 17,3 faizi 10 ildən 15 ilə qədər, 27,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 faiz, 30-34 yaşda 15,7 faiz, 35-44 yaşda 23 faiz, 45-54 yaşda 21,9 faiz, 55-62 yaşda 18,3 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini və ya 322 nəfərini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7 faizini və ya 4 min 307 nəfərini şöbə müdirləri, 11,3 faizini və ya 3 min 311 nəfərini şöbə müdirinin müavinləri, 8,2 faizini və ya 2 min 403 nəfərini sektor müdirləri, 25,9 faizini və ya 7 min 589 nəfərini baş məsləhətçilər, 5,3 faizini və ya 1553 nəfərini böyük məsləhətçilər, 13 faizini və ya 3 min 809 nəfərini aparıcı məsləhətçilər, 20,5 faizini və ya 6 min nəfərini isə məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1 faiz komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top