Bakıdakı partlayışda ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

17.34

Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları açıqlanıb. Ölən şəxslər kafenin işçiləri olub. Onlardan birinin adı Gülnaz, digərinin adı Zöhrabdır (soyadları dəqiqləşdirilir).

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

16:18***

Bakıda kafedə partlayış nəticəsində iki nəfər ölüb.

Ölən şəxslərin meyitləri tanınmaz haldadır.

Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

(Report)

***

Bakının Binəqədi rayonun, "Elit" Ticarət Mərkəzi ilə üzbəüz avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yanğın başlayıb. Bu barədə Yeniavaz.com saytına hadisə şahidləri məlumat veriblər. Onlar yanğın yerindən çəkdikləri videoları saytımıza göndəriblər.

Yanğın zamanı bir nəfərin öldüyü bildirilir. Bir neçə nəfər isə xəsarət alıb.

"Təcili yardım" bir qədər gecikdiyindən yaralıların bəziləri xəstəxanaya taksi ilə yola salınıb.

Yanğının bazardakı kafedə baş verən partlayış nəticəsində başladığı bildirilir.

Hazırda hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım xidmətinin əməkdaşları və polislər cəlb olunublar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

yangin

DİGƏR XƏBƏRLƏR

Top