Avropa Birliyi və İran arasında ticarət dövriyyəsi - İNFOQRAFİKA

İrana qarşı sanksiyaların ləğvindən sonra - 2015-2017-ci illərdə Avropa Birliyinin İrandan idxal etdiyi malların dəyəri 7,7 dəfə artaraq 1,3 milyard avrodan 10,1 milyard avroya yüksəlib. Yeniavaz.com Avropa Statistika Xidmətindən (Eurostat) açıqlanan məlumatlara istinadən bildirir ki, son 3 il ərzində Avropa Birliyinin İrana ixrac etdiyi malların dəyəri isə 1,7 dəfə artaraq 6,5 milyard avrodan 10,8 milyard avroya çatıb.

Məlumat üçün bildirək ki, 3 il əvvəl İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya (P5+1 qrupu) arasında 2006-cı ildən başlanan danışıqlar başa çatıb və İrana BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilib. Lakin, bir qədər əvvəl Vaşinqton İrana qarşı 2015-ci ilə qədər mövcud olmuş sanksiyaları 3 ay ərzindən yenidən bərpa edəcəyini bəyan edib. Hələlik Almaniya, Fransa, Britaniya kimi aparıcı Avropa ölkələri Trampın İranla bağlı qərarına qatılmadıqlarını bildirsələr də, yaxın gələcəkdə onların da İranla olan əlaqələrə yenidən baxmağa məcbur olacaqlar qaçılmazdır.

DİGƏR XƏBƏRLƏR

Top