Gürcüstan: Azərbaycana 120,3 milyon dollarlıq məhsul satmışıqAzərbaycan: Gürcüstandan 21,3 milyon dollarlıq məhsul almışıq

Bu ilin ilk 4 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 120,3 milyon dollar, Gürcüstanın Azərbaycandan idxal etdiyi malların ümumi dəyəri isə 242,9 milyon dollar dəyərində olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatda qeyd olunur.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin eyni dövr, yəni bu ilin ilk 4 ayı üçün açıqladığı məlumatda isə qeyd olunur ki, Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 21,3 milyon dollar, Gürcüstanın Azərbaycandan idxal etdiyi malların ümumi dəyəri isə 182,5 milyon dollar dəyərində olub.

Rəqəmlərdən də açıq şəkildə görünür ki, iki ölkənin rəsmi qurumları tərəfindən açıqlanan statistik göstəricilər arasında kəskin fərq var. Ən böyük fərq isə Gürcüstandan Azərbaycana ixrac edilən malların dəyərində qeydə alınıb. Gürcüstan tərəfinin açıqladığı rəqəmlə Azərbaycan tərəfinin açıqladığı rəqəm arasında 5,6 dəfə fərq var.

Onu da qeyd edək ki, bu məsələ dəfələrlə mətbuatda müzakirə olunub və Gömrük Komitəsi belə bir fərqin digər ölkələrin təcrübəsində də olduğunu açıqlayıb. Komitə 2016-cı ildə verdiyi açıqlada BMT-nin İqtisadi və Sosial şurasının 56-cı sessiyasının sənədlərindən nümunə də göstərib: "2006-cı ildə MDB ölkələri əksəriyyəti ilə xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40 %-ə çatır". Ancaq Komitənin nümunə olaraq göstərdiyi 2006-cı idəki 40%-lik fərq ilə 5,6 dəfəlik fərqin müqayisə olunmayacaq qədər böyük olduğu açıq şəkildə görünməkdədir.

DİGƏR XƏBƏRLƏR

Top