Gürcüstandan gətirilən avtomobillərin sayı 6 dəfə artıb, qiyməti isə 29% ucuzlaşıb

Gürcüstandan Azərbaycana bu ilin ilk 4 ay ərzində 36,8 milyon dollar dəyərində avtomobil ixrac olunub.

Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, son 4 ay ərzində Gürcüstandan Azərbaycana 1995 ədəd avtomobil gətirilib və bir ədəd avtomobilin orta qiyməti 18,4 min dollar təşkil edib.

Keçən ilin analoji dövrü ilə müqayisdə qonşu ölkədən gətirilən avtomobillərin sayı 5,6 dəfə və 1638 ədəd çox olub.

Məlumat üçün bildirək ki, ötən ilin ilk 4 ayında Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti 25,9 min dollar olub.

Bu isə o deməkdir ki, son bir ildə Gürcstandan gətirilən avtomobillərin orta qiyməti 28,9% ucuzlaşıb.

Bundan başqa siqaret (ilk 4 ay ərzində 22,2 milyon dollar) və əczaçılıq məhsulları da (10,2 milyon dollar) ən çox ixrac olunan məhsullardan olub.

Eyni zamanda son 4 ay ərzində Gürcüstandan Azərbaycan 4,7 milyon dollar dəyərində 2 min 84 baş iri buynuzlu mal-qara (bir baş mal-qaranın qiyməti 2 min 261 dollar) ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top