Qazaxda qadın onu əsəbiləşdirən kişini bıçaqlayıb

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib.

O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində bir qadın tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

apa

DİGƏR XƏBƏRLƏR

Top