Xalq şairinin səhhəti ağırlaşdı

Azərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problem bir az da ciddiləşib.

Bununla bağlı Xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndinə gedib:

"Çox zəifəyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir”. (kult.az)

DİGƏR XƏBƏRLƏR

Top