Venesuela prezidenti də “Diriliş Ertuğrul” fanatı imiş

Venesuela prezidenti Nikolas Maduro TRT 1-də yayımlanan “Diriliş Ertuğrul” serialının fanatı imiş.

Maduronun Qayı boyunun bayrağı və börk papağı ilə fotosu yayılıb. Serialın prodüseri Mehmet Bozdağ sosil şəbəkə vasitəsilə prezidentə bu şəklinə görə təşəkkürünü bildirib:

“Diriliş Ertuğrul”u maraqla izləyən Venesuela prezidenti Nikolas Maduro bizə salam göndərib. Cənab Maduroya bu nəzakətinə görə təşəkkür edirəm”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top