Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Mingəçevirdə ağacların "dərisini" soydular - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

CƏMİYYƏT

Bakıda yol polisinə tabe olmayan sürücü həbs olundu VİDEO

17.05.2018 23:43

Bu gün paytaxtda daha bir yol polisi və sürücü qarşıdurması olub.

1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.

Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (Polisə tabe olmamaq) 15 sutka həbs edilib. (avtosfer.az)

Oxundu 315