Fransanın prezidenti Emmanuel Makron Parisin Tehranla birgə Vaşinqtona qarşı çıxmayacağını bəyan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz İranın ABŞ-a qarşı müttəfiqi olmayacağıq...Bu böyük səhv olar. Biz hamı ilə münasibət qururuq”, - deyə Makron vurğulayıb.
Makronun sözlərinə görə, Fransa regionada qarşılıqlı etibarlı dialoq qurmaq niyyətindədir.
Makron İrana görə ABŞ-a qarşı sanskiya müharibəsi aparmayacağını diqqətə çatdırıb.(oxu.az)