"Universitetə 500 balla girənlər var ki dərs oxumurlar"

Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - VİDEO

Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Bazar ertəsi, 28 may 2018
TR EN RU

Menu

Bazar ertəsi, 28 may 2018
EN TR RU

DÜNYA

Ərəb Liqası İsraillə bağlı fövqəladə iclas keçirib

17.05.2018 22:35

Qahirədə Ərəb Liqası dövlətlərinin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib.

Toplantıda ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi, həmçinin Fələstində baş verən qanlı hadisələr müzakirə olunub.

“ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüquq normalarına ziddir”,- deyə Səudiyyə Ərəbistanının XİN-i Adil əl-Cübeyr çıxışında bildirib.

Onun sözlərinə görə, diplomatik missiyanın Fələstin torpağına köçürülməsi ilə fələstinlilərin hüquqları kobudcasına pozulub.

Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt öz növbəsində Vaşinqtonun bu addımının İsrail dövlətinin fələstinlilərə qarşı zorakı tədbirlərini daha da alovlandıracağını vurğulayıb.

Ərəb Liqası lideri eyni zamanda İsrail hərbçilərinin Qəzza zolağında törətdiyi qətllərin beynəlxalq səviyyədə araşdırılmasını tələb edib.

Qeyd edək ki, fövqəladə iclas Fələstin başçısı Mahmud Abbasın vəsatəti əsasında keçirilib.(oxu.az)

Oxundu 148