Makron: ABŞ-ın nüvə sazişindən çıxması Rusiyanın xeyrinədir

ABŞ-ın İran atomu üzrə sazişdən çıxmasının nəticəsi qısamüddətli perspektivdə Rusiya və Çin müəssisələri üçün faydalı ola bilər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, ABŞ-ın fəaliyyətinin nəticəsi Rusiya və Çin şirkətlərinin maraqlarına xidmət edə bilər.

Bununla belə, o qeyd edib ki, söhbət qısamüddətli perspektivdən gedir. E.Makron əlavə edib: "Bizim prioritetlərimiz ticarətlə deyil, geosiyasətlə bağlıdır. Məqsəd regionda eskalasiyadan qaçınmaq, sabitliyə yardım etmək və İranın daha böyük açıq olmasına nail olmaqdır".

DİGƏR XƏBƏRLƏR

Top