cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Jurnalisti təhqir etdiyi deyilən deputat: "Məndən açıq şəkildə pul istəyir"

17.05.2018 19:26

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir etməsi barədə yazılan xəbərlərə reaksiya verib.

Deputat deyib ki, Milli Ordu ilə bağlı haqqında yazılanlar tamamilə yalan və cəfəngiyyatdır:

“Əgər mən Milli Ordunu təhqir etmişəmsə, buyurub səs yazımı yaysın. O jurnalist tamamilə yalan danışır. Özünü seyid kimi təqdim edib, məndən açıq şəkildə pul istəyir. Bu birinci hal deyil. Həmin adam mənə dəfələrlə zəng edib deyir ki, bayramımızdır, pul ver və sairə. Əlindən bezmişəm. Mən də məcbur olub dedim ki, ay oğul, pulum yoxdur, əl çək məndən! Hətta, ona dedim ki, əgər məni bir daha narahat etsən, səninlə bağlı polisə müraciət edəcəm”.

Məsələ ilə bağlı Modern.az saytının rəhbəri Elşad Eyvazlının da mövqeyini öyrəndik. O, açıqlamasında bildirib:

“Əliağa Hüseynov hansısa reket jurnalistlə bizim jurnalisti səhv salır. Jurnalist redaksiyadan zəng edib açıqlama alıb, əlimizdə səs yazısı var. Onun ittihamları əsla bizə aid ola bilməz”. (Olke.az)

Oxundu 395