"Total"ın rəhbəri: Neftin qiyməti 100 dollara çata bilər

Yaxın aylarda 1 barel neftin qiyməti 100 dollara çata bilər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın "Total" korporasiyasının baş direktoru Patrik Puyanne deyib.

Onun sözlərinə görə, bazarda ciddi tələbat var: "OPEK və Rusiya öz siyasətlərini operativ aparırlar. Üstəlik İranla bağlı məlumatlar çıxır ki, bu da neftin qiymətini güclü artırır.

Yaxın aylarda 1 barel neftin qiyməti 100 dollar olsa, buna təəccüblənmərəm. Dünyada geosiyasi ziddiyyət bazarda vəziyyətə diktə edir".

DİGƏR XƏBƏRLƏR

Top