hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Bakıda yol polisi ilə sürücü arasında qalmaqal - VİDEO

17.05.2018 18:06

Bakı şəhərində yol-hərəkəti qaydasını pozan sürücü ilə polis arasında mübahisə yaşanıb.

Bu gün günorta saatlarında Bəsti Bağırova küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yolun qadağan olunan hissəsinə çıxaraq, yol hərəkəti qaydasını pozub.

Belə olduğu təqdirdə yol polisi onu saxlayaraq, qaydalara uyğun protokol tərtib etməyə çalışıb.

Lakin cərimələndiyini görən sürücü səs-küy salaraq, yol polisləri ilə mübahisə etməyə başlayıb.

Daha sonra polisin işinə müdaxilə edən sürücüyə görə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev sürücünün hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində olduğunu deyib.

Bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Bu gün, 17 may 2018-ci il tarixində günorta saatlarında “Hyundai” markalı nəqliyyat vasitəsi Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman 3.1, yəni “Giriş qadağandır” yol-nişan təlimini pozub. O, əks istiqamətdə hərəkətdə olduğu zaman yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü isə yol polisi əməkdaşlarının qanun tələbinə tabe olmayaraq, müqavimət göstərib. Bunun nəticəsində hadisə yerinə dərhal Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub və sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.

Sürücü Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman digər yol hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə də maneə yaradıb”. (Oxu.az)

video

Oxundu 496