ABŞ-ın Qüdsdəki səfirliyinin açılışında hansı islam ölkələri iştirak edib? - SİYAHI

ABŞ-ın Qüdsdə yeni səfirlik açması və İsrail hərbi güclərinin buna etiraz edən fələstinlilərə qarşı odlu silahdan istifadə etməsi nəticəsində onlarla dinc insanın öldürülməsi, son bir-neçə gündür dünyanın əsas müzakirə mövzusudur.

Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın Qüdsdəki yeni səfirlik binasının rəsmi açılış mərasimində prezident Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, həmçinin yüksək rütbəli amerikalı məmurlar iştirak edib.

"Əl-Cəzirə" televiziya kanalının yaydığı məlumatda isə bildirilir ki, ABŞ Qüdsdəki yeni səfirlik binasının rəsmi açılış mərasiminə iştirak etmək üçün İsraildə rəsmi diplomatik nümayəndəlikləri olan 86 dövlətə dəvətnamə göndərib. Lakin, ABŞ-ın göndərdiyi dəvətnamə aralarında region ölkələrindən Gürcüstan və Ukraynanın da olduğu adları aşağıda qeyd olunan 29 dövlət tərəfindən qəbul olunub.

Məlumat üçün bildirək ki, səfirliyin açılışında iştirak edən 29 dövlətdən üçü - Albaniya, Kamerun və Fil Dişi Sahili Fələstinlə birgə İslam Əməkdaşlıq Təşkilatına üzvdür.

Albaniya

Anqola

Avstraliya

Kamerun

Konqo Respublikası

Konqo Demokratik Respublikası

Fil Dişi Sahili

Çexiya

Dominikan Respublikası

Salvador

Efiopiya

Gürcüstan

Qvatemala

Honduras

Macarıstan

Keniya

Myanma

Makedoniya

Panama

Paraqvay

Peru

Filippin

Rumıniya

Ruanda

Serbiya

Cənubi Sudan

Tanzaniya

Ukrayna

Zambiya

DİGƏR XƏBƏRLƏR

Top