İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

Müdafiə Nazirliyindən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı - AÇIQLAMA

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

PƏNCƏRƏ

Ramazanda kimlərin oruc tutmamaq haqqı var?

17.05.2018 15:12

Bu ayda oruc tutmağı Allah-Taala Quranda əmr buyurur. Yəni tutarsan-tutmazsan, özün bilərsən, amma belə bir şey yoxdur deyən Allaha qarşı çıxmış olur, kafir olur, imandan çıxmış sayılır. Oruc tutmaq Allahın əmrini yerinə yetirməkdir ki, mükafatını da əmr sahibi özü verəcək. Üzürlü bir səbəb olmadan oruc tutmamaq da günahdır ki, bu da həmin bəndə ilə Allah arasında həll ediləcək məsələdir.

Ramazanda oruc tutmaq dinimizin beş tələbindən biridir:

  • Kəlmeyi-şəhadət dinin qapısıdır.

  • Namaz qılmaq .

  • Oruc tutmaq.

  • Zəkat vermək. (varlı, imkanı çatan müsəlman üçün)

  • Həcc ziyarəti. (Bu da imkanlı müsəlman üçündür ki, ömründə heç olmasa bir dəfə bu ibadəti yerinə yetirməlidir.)

Buluğ yaşına çatmış, bu ibadətə əngəl olacaq xəstəliyi olmayan, ağlı başında olan hər müsəlman Ramazanda oruc tutmağa borcludur.

Ramazan nə deməkdir?

“Ramazan” sözünün bir neçə mənası var. Bu sözün mənalarından biri yayın sonunda, payızın əvvəlində yağan və hər tərəfi yuyub təmizləyən yağış deməkdir. Başqa bir mənası isə qızmar daş deməkdir, toxunanı yandıracaq qədər qızmar daş. Bilindiyi kimi, dünyada ya su ilə təmizlənirlər, ya da odla. Yəni “ramazan”sözü təmizləyən, təmizlənmək imkanı anlamına gəlir.

Zəkat da təmizləyəndir, malı, sərvəti təmizləyir. Ramazan da insanın bədənini və nəfsini təmizləyir.

Allah-Taala hamımıza sözün həqiqi mənasında təmizlənməyi nəsib buyursun! Bizi Ramazanın ıçındən keçirdiyi kimi, Ramazanı da bizim içimizdən keçirib könlümüzü, nəfsimizi təmizləsin!

Ramazanda kimlərin oruc tutmamaq haqqı var?

Ağır xəstələr, uzaq səfərdə olanlar, qocalıb əldən düşmüş adamlar oruc tutmaya bilərlər, ancaq imkanı olan Ramazan bayramından sonra tutmadığı günlərin qəzasını tutarlar. Ona imkanı yetməyənlər fidyə verərlər, yəni müəyyən edilmiş fitrənin miqdarını tutmadığı günlərin sayına vurub alınan məbləği imkansıza, yetimə, kasıba verərlər, ona da imkanı yetmirsə, əllərini uca Yaradana açıb ondan xeyir-bərəkət diləyərlər. Allah-Taala hər şeyi görəndir, biləndir, mərhəməti sonsuzdur.

Orucluqda qadınlarla bağlı məsələlər

Zahı (yenicə dünyaya uşaq gətirmiş) və aybaşı halında olan qadınlara dinimiz bəzi asanlıqlar verir. Belə ki, bu kateqoriyadan olan xanımların müvəqqəti olaraq namaz və orucu tərk etmək haqları var. Həmin mərhələ başa çatdıqdan sonra o xanımlar qılmadıqları namazları qəza etməzlər, ancaq tutmadıqları Ramazan oruclarını qəza etməlidirlər.

Hamilə qadınların Ramazanda oruc tutub-tutmamaları isə onların durumuna bağlıdır. Belə ki, bu halda oruc tutmaq hamilə qadının özünə və bətnindəki körpəyə zərər vermirsə, o xanım oruc tuta bilər. Yox əgər belə bir ehtimal varsa, o xanım sonradan qəzasını tutmaq şərti ilə Ramazanda oruc tutmaya bilər. Təbii ki, bu məsələdə həkim rəyi də nəzərə alınmalıdır.

Bəzən soruşurlar ki, niyə ibadət borcu qızlara oğlanlardan daha əvvəl vacib olur? Yəni namaz, oruc on bir yaşında oğlana vacib olmadığı halda niyə onunla eyni yaşda olan qıza vacib olur? Məsələ ondadır ki, bu işlər fitrət məsələsidir. Bir oğlanın özünü kişi, qızın isə qadın hiss eləməsi orqanizmdə müəyyən proseslərin başlaması ilə əlaqədardır. Həmin mərhələnin başlanması, yəni qızın özünü qadın, oğlanınsa kişi hiss eləməsi artıq onun üçün ibadətin vacib olduğunun başlanması deməkdir. Yaşadığımız coğrafiyada qızlar oğlanlara nisbətən daha tez yetkin hala gəldiklərindən onlar üçün ibadət borcu da oğlanlardan bir qədər əvvəl başlamış olur.

Sahur (obaşdan) və iftar

Ramazanda səhər yeməyinə durmaq kimlər üçünsə ağır gələ bilər və belə halda o səhər yemədən oruc tutar. Doğrudur, belə də olur, amma sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) buyurur ki, bir qurtum su üçün də olsa obaşdan yeməyinə qalxın. Yəni burada bizim bilmədiyimiz çox gerçəklər, faydalar var. İftarı da çox yubatmaq yaxşı deyil. Əzan oxundumu, sən də iftar duasını oxu və bismillahla nuş olsun!

Ramazanda oruc tutmağa necə niyyət edilir?

“Niyyət edirəm Allah rəzası üçün Ramazan orucu tutmağa.” Ramazaının əvvəlində bir dəfə niyyət etmək də olar, hər gün niyyət etmək də. Obaşdan yeməyinə durmaq özü də niyyət yerinə keçir.

İftar duası necə oxunur?

Günün sonunda yəni iftar zamanı bu duanı oxumaq çox faydalıdir. Yəni bu dua ilə sən nə elədiyini bir daha öz ruhuna, öz nəfsinə anladırsan, başa salırsan:

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim.Sənin verdiyin ruzi ilə orucumu açıram və sabahkı Ramazan orucuna niyyət edirəm. Mənim kemiş və gələcək günahlarımı bağışla!"

Onu da deyək ki, duada nəyinsə yerini dəyiışə, bir sözü başqası ilə əvəz edə birərsən. Bu o qədər də önəmli deyil, önəmli olan odur ki, o dua sənin qəlbindən gəlsin, ruhundan qopsun, səmimi olsun.

Ramazanda nələrə diqqət etmək lazımdır?

Oruc tutan adam iftar vaxtına qədər yeməz, içməz, siqaret çəkməz, saqqız çeynəməz, cinsi əlaqədə olmaz, bir sözlə orucu pozan bütün hallardan uzaq durmalıdır. Bundan əlavə oruc tutan adam bu ibadəti bütün varlığı ilə yerinə yetirdikdə arzu olunan nəticəni qazanmış olur. Yəni bu saydıqlarımızdan əlavə oruclu adam dilini qeybətdən, gözünü haramdan, əlini dinimizin yasaq buyurduğu hər şeydən uzaq tutmalı, ətrafında canlı-cansız hər kəslə, hər şeylə ədalətli, mərhəmərli davranmalı, xoş şeylər düşünməli, haqlı olsa belə münaqişədən, yersiz qalmaqaldan qaçmalıdır.

Oruc həm ibadətdir, həm də tərbiyə məktəbi. Ramazanda orucu elə tutmaq lazımdır ki, ilin digər aylarında da o oruc sizi haramlardan, günahlardan uzaq tuta bilsin.

Təravih namazı

Təravih namazı Ramazan ayına məxsus ibadətdir. Qəməri təqvimində gecə gündüzdən əvvəl gəldiyi üçün bu namaz orucdan əvvəl başlayır, yəni sabah oruc tutacaqsansa, təravih namazını bu gecə qılmalısan. Sünnət namazdır, qəzası yoxdur. 20 rükət qılınır, iki-iki də qılmaq olar, dörd-dörd də. Namazın əvvəlində bir dəfə niyyət edilir. Yatsı namazının son sünnütəndən sonra, vitrdən əvvəl qılınır. Dörd-dörd qılanda ikindinin sünnəti kimi qılınır. İmamla da qılmaq olar, təkbaşına da, amma camaatla qılınan namaz daha faydalı olduğu üçün masciddə çoxluq içində qılmaq yaxşıdır. Çox yorğun olanlar bu namazı 8 rükətlə də bitirə bilərlər.

Yeniavaz.com

Oxundu 710