Sürücülük vəsiqəsi olmadan avtobus sürüb qəza törədənə ÖMÜRLÜK CƏZA

Sürücülük vəsiqəsi olmadan avtobusl sürən və ölümlə nəticələnən qəza törədən Bəhruz Eyvazovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məlum olub ki, Bəhruz Eyvazov sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsi məlum olub. Hakimlər kollegiyasının hökmünə əsasən B.Eyvazov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun avtomobil idarə etmək hüququ da ömürlük alınıb.

Məhkəmə mülki iddianı və mənəvi zərəri qismən təmin edib. Mərhum Təranə Babaşova üçün çəkilən xəstəxana xərclərinə görə 17500 manat, mənəvi zərər görə isə 4 min manatın B.Eyvazovdan tutularaq Müzəffər İsmayılova ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində baş verib.

Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb. (Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top