Mazut qarışıq duzlu suyun axdığı kanalda yanğın olub

Goranboyda yanğın olub.

Kənd ərazisində baş verən yanğın sakinləri həyəcanlandırıb. Qara tüstü ilə müşahidə olunan alov rayonun bir çox hissələrindən diqqət çəkib. Yeniavaz.com xəbər verir ki, yanğın hadisəsi Goranboyun Bolsulu kənd ərazisində mazutlu qarışıq, duzlu suyun axdığı kanalda baş verib. Qəfildən alovlanan ərazini söndürmək mümkün olmadığından hadisə yerinə yanğısönürən briqda çağırılıb. Alovlanan ərazinin yaşayış evlərinə və boru kəmərinə yaxın olması kənd sakinlərini xeyli təşvişə salıb. Yanğınsöndürənlər alovun qarşısını alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top