Paşinyan: İrəvan meri rüşvət yolu ilə seçilib

İrəvan meri Taron Marqaryan rüşvətin köməkliyi ilə vəzifəyə seçilib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Mən İrəvan meri barədə öz fikrimi artıq demişəm. Heç bir şübhə yoxdur ki, Taron Marqaryan seçki rüşvətlərinin köməkliyi ilə seçilib”.

Xatırladaq ki, ötən gün nümayişçilər İrəvan meriyasının binasına daxil olaraq T. Marqaryanla görüşməyi tələb ediblər.

Onlar merin fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top