Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

GÜNDƏM

Atəşkəsin olduğu son bir ildə 760 nəfərə müharibə əlili adı verilib

17.05.2018 13:10

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 61 min 165 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu şəxslərin sayı son bir ildə 3 min 431 nəfər artıb. Həmin şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği isə son bir ildə 11 manat 87 qəpik artaraq 143 manat 55 qəpik olub.

Bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. Son bir ildə təqaüd alan I qrup əlilliyi olanların sayı 2 min 832 nəfər artaraq 23 min 901 olub. I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği isə 7 manat artaraq 73 manat təşkil edib.

İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı son bir ildə 760 nəfər artaraq 21 min 64 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği isə 14 manat 63 qəpik artaraq 154 manat 48 qəpik olub.

Üçüncü sırada isə 12 min 407 nəfərlə şəhid ailələri yer alır. Son bir ildə təqaüd alan şəhid ailələrinin sayı 454 nəfər azalıb. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği isə 20 manat 28 qəpik artaraq 207 manat 49 qəpik olub.

Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır. Hazırda Azərbaycanda 405 nəfər Prezidentin fərdi təqaüdünü alır və onların sayı son bir ildə 7 nəfər artıb. Bir nəfərə düşən orta məbləğ isə 150 manat artaraq 1450 manata bərabər olub.

Bundan başqa Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub - 1433,9 manat. Ötən ilin analoji dövrü ilə müqayisədə təqüdün məbləği 148 manat 84 qəpik artıb. Bu cür təqaüd alanların sayı da son bir ildə 9 nəfər artaraq 183 nəfər olub.

Təqaüdlərlə bağlı açıqlanan statistik göstəricilərdə diqqət çəkən məqamlardan biri də odur ki, uzun illər əvvəl xüsusi xidmətlər göstərmiş şəxslərə yalnız son bir il ərzində təqüdün verilməsilə bağlıdır. Məsələn, 28 il əvvəl baş verən "20 Yanvar" faciəsi zamanı şəhid olanların ailələrinə verilən təqaüd ötən ilin aprel ayında 113 nəfərə şamil olunduğu halda, bu ilin aprel ayında 115 nəfərə şamil olunub.

Yaxud, 32 il əvvəl baş verən Çernobil AES-də baş verən qəza zamanı əlil olanlara verilən təqaüd ötən ilin aprel ayında 2880 nəfərə şamil olunduğu halda, bu ilin aprel ayında 2905 nəfərə şamil olunub. Rəqəmlərdən də göründüyü kimi 32 il əvvəl baş verən hadisədə əlil olan 25 nəfərə son bir il ərzində təqaüd təyin olunub.

Bu ilin aprel ayına olan məlumata görə ölkədə 14 min 412 nəfər Azərbaycanın müdafiəsi zamanı əlil olduğu üçün təqaüd alır. Ötən ilin aprel ayında bu kateqoriyada təqaüd alan şəxslərin sayı 689 nəfər az olub. Məlumdur ki, atəşkəs rejiminin olduğu bir şəraitdə bu qədər şəxsin son bir il ərzində əlil olması mümkün deyil. O zaman əvvəlki illərdə əlil olanlara hansı səbəblərdən vaxtında təqaüd təyin olunmayıb?

Oxundu 2224