Türkiyə biznesi İrəvan və Ankara arasında siyasi fikir ayrılıqlarının nizamlanmasında və diplomatik əlaqələrin qurulmasında olduqca maraqlıdır.
Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan-Türkiyə İşgüzar Şurasının vitse-prezidenti Noyan Soyak deyib.
O bildirib: “Sərhədin bağlanması 24 ildən artıqdır ölkələrimiz arasında əsas problemdir.
Hesab edirəm ki, bir-birimizlə dialoq qurmalıyıq.
Ermənistan və Türkiyə danışmağa başlayan kimi bizim biznes sahəsində yeni yollarımız və kooperasiya üsullarımız peyda olacaq”.