ABŞ terrorçuluqla mübarizəyə 2,8 trilyon dollar xərcləyib

11 sentyabr 2001-ci il terror aktlarından sonar ABŞ-ın terrorçuluqla mübarizəyə çəkdiyi xərclər təqribən 2,8 trilyon dollara çatıb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Stimson Center” araşdırma təşkilatının hesabatında deyilir.

Hesabata əsasən, bu məbləğə Əfqanıstan, İraq və Suriyada müharibələrə çəkilən xərclər, eləcə də ölkənin daxili təhükəsizliyinin möhkəmləndirilməsinə və digər proqramlara yönəlmiş vəsaitlər daxildir.

Təşkilatın məlumatına əsasən, antiterror fəaliyyətinə ən çox xərc (260 milyard dollar) 2008-ci ildə çəkilib.

2017-ci ildə bu göstərici 174 milyard dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top