Avrasiya İqtisadi İttifaqı və İran azad ticarət zonası haqqında saziş imzaladı

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran Astanada keçirilən iqtisadi forum zamanı azad ticarət zonası haqqında müvəqqəti saziş imzalayıblar. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda sazişə ilkin malların siyahısı daxil edilib. Həmin mallar üzrə qarşılıqlı ticarətdə gömrük rüsumları azaldılacaq və ya saziş qüvvəyə mindikdən sonra aradan qaldırılacaq . Sazişin əhatə dairəsi qarşılıqlı ticarətin həcminin 50 faizini təşkil edir. Avrasiya İqtisadi Komissiyasınn sədri Tiqram Sarqsyan bildirib ki, 2017-ci ildə Aİİ və İran arasında ticarətin həcmi 2,7 milyard dollar təşkil edib. Onun sözlərinə görə, saziş qüvvəyə mindikdən dərhal sonra tərəflər gömrük idxal rüsumlarının ödənişində qənaət edə biləcəklər.Aİİ üçün malların siyahısına ət və yağ-piy məhsulları, müəyyən konditer məmulatları və şokolad növləri, kosmetika, elektron və mexaniki avadanlıq növləri daxildir.

DİGƏR XƏBƏRLƏR

Top