ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Vüsal Hüseynov: “Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək”

17.05.2018 10:57

"Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. V. Hüseynov deyib ki, bütün narahatlıq və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək: “Kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. Cənab prezidentin tapşırıqlarını icra etməyə qadir olan, bilik və bacarıqlı kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”.(APA)

Oxundu 198