Alpinistlər harada dəfn olunacaq? - YENİLƏNİB

1521114579_43

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, komissiyaya Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova deyib ki, tapılan alpinistlərin cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinə gətirilib, gecə müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir".

O qeyd edib ki, müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq: "Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək".(Trend)

10:56***

Alpinistlərin nəşi ailələrinə qovuşdu...

Hər üç alpinistin meyiti ailələrinə təhvil verilib.

“Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri Quba rayon Mərkəzi Xəstəxanasının morqunda müayinə olunduqdan sonra ailələrinə verilib.

Meyitlər artıq Qubadan Bakıya yola salınıb.(Qafqazinfo)




Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

(“Report”)

DİGƏR XƏBƏRLƏR

Top