bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edildi

17.05.2018 09:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

ETSN-dən Yeniavaz.com-a verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.

Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Oxundu 206