"Universitetə 500 balla girənlər var ki dərs oxumurlar"

Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - VİDEO

Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Bazar ertəsi, 28 may 2018
TR EN RU

Menu

Bazar ertəsi, 28 may 2018
EN TR RU

HADİSƏ

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

17.05.2018 09:31

May ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat lar açıqlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.(Report)

Oxundu 167