İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbələri endirib

İsrailin Hərbi Hava Qüvvələri cümə axşamı HƏMAS-ın Qəzza zolağının şimal hissəsindəki obyektlərinə zərbə endirib. TASS xəbər verir ki, hücum İsrailin Sderot şəhərinin pulemyotlardan atəşə tutulmasına cavab olaraq həyata keçirilib.

"Bir neçə dəqiqə əvvəl qırıcılarımız Qəzzanın şimal hissəsində HƏMAS-ın hədəflərini vurub. Onlardan 4-dü hərbi kompleksə aiddir, daha üçü isə silah istehsalı ilə bağlıdır. Hücum gün ərzində [İsrailin] Sderot şəhərinin pulemyot atəşinə tutulması və bizim qüvvələrimizə qarşı bir neçə atəş açma hadisəsinə cavab olaraq həyata keçirilib", - deyə İsrail ordusunun mətbuat xidməti "Twitter"də yazıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top