ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

DÜNYA

Poroşenko impiçment təhlükəsi ilə üzləşib

17.05.2018 02:46

Ukrayna Ali Radasının 51 deputatı Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti ilə bağlı prosesin başlanılması üçün ərizəni imzalayıb.

Bunu “Facebook” səhifəsində ukraynalı deputat Yuriy Derevyanko bildirib.

Poroşenkonun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyənlər arasında “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, həmçinin hakim “Pyotr Poroşenkonun blokundan” olan bir neçə deputat da yer alır.

Derevyanko Ukraynadan deportasiya edilmiş Mixail Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyasının üzvüdür və Gürcüstanın keçmiş liderinin təşəbbüsü ilə impiçment prosesi üçün imza toplayır.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, impiçment prosesinin başlanılması üçün 226 deputatın səsinə ehtiyac var. (oxu.az)

Oxundu 304