azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

emek-haqqi-ve-gelir-vergisi-hansi-olkede-ne-qederdi-cedvel

Əmək haqqı və gəlir vergisi: Hansı ölkədə nə qədərdi? - CƏDVƏL

mtn-in-vezifeli-sexsleri-vaxtindan-evvel-azadliga-buraxilmayib-resmi

MTN-in vəzifəli şəxsləri vaxtından əvvəl azadlığa buraxılmayıb - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

DÜNYA

Zukerberq Avropa Parlamentinə ifadə verəcək

17.05.2018 02:19

“Facebook” təsisçisi Mark Zukerberq Avropa Parlamentinin dinləmələrində çıxış edəcək.

Bu barədə Avropanın ədliyyə məsələləri üzrə ali komissarı Vera Yurova öz “Twitter” səhifəsində açıqlama verib.

“Mark Zukerberq AP-nin təklifini qəbul edib və konfidensiallıq məsələləri ilə bağlı sualları cavablandırmaq üçün Brüsselə gələcək”, - deyə komissar yazır.

Yurovanın sözlərinə görə, dinləmlər mətbuata qapalı keçiriləcək.

Bundan əvvəl Zukerberq “Facebook”dan şəxsi məlumatların sızması ilə bağlı qalmaqala görə ABŞ senatına ifadə vermişdi.

Məlumata görə, “Cambridge Analytica” şirkəti seçkilərlə bağlı analitik hesabatına hazılanmasında 87 milyona yaxın istifadəçinin məlumatlarından onların icazəsi olmadan istifadə edib.(oxu.az)

Oxundu 195